"Canlı debat"da mövqelər çəkişməsi: Deputat Hikmət Babaoğlu ilə ADP sədri Sərdar Cəlaloğlu qarşı-qarşıya gələcək
Musavat.com saytının Facebook və youtube platformalarında həyata keçirtdiyi "Canlı debat"da fərqli mövqelərin dartışması baş tutacaq. Bu gün saat 14.00-də "Canlı debat"da “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu ilə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu qarşı-qarşıya gələcək. Onlar canlı yayında təmsil etdikləri düşərgələri və arqumentlərini müdafiə edəcək. Söhbət zamanı son aylar iqtidar tərəfindən sosial-iqtisadi islahatların həyata keçirilməsi, müxalifət düşərgəsində buna verilən rəylər, habelə mümkün iqtidar-müxalifət dialoqu barədə də danışılacaq. Bu müzakirə və mübahisələrdə dinləyicilərimiz də iştirak edin. Facebook səhifəmizin ünvanı: Youtube səhifəmizin ünvanı: Musavat.com
https://www.facebook.com/NewMusavat/
https://www.youtube.com/user/TVmusavat