"Yeni Müsavat"ın canlı yayımında "SƏNİ DEYİRLƏR" dartışması
Fazil Mustafa ilə Xalid Kazımlı qarşı-qarşıya... "Yeni Müsavat"ın canlı yayım verilişləri sentyabr ayının 10-dan etibarən yeni dizayn və təqdimatda davam edəcək. Musavat.com xəbər verir ki, sözügedən tarixdə, saat 15.00-da başlanacaq canlı yayımda Təbrizdə başlanan və işıq sürətilə Azərbaycanda yayılan "Səni deyirlər" mahnısının sədaları altında edilən rəqslər mövzusu müzakirə ediləcək. Oynamaq, çal-çağır məsələlərinə qarşı olan millət vəkili Fazil Mustafaya musavat.com saytının veb redaktoru, tanınmış yazar Xalid Kazımlı opponentlik edəcək. Bir saat boyunca davam edəcək canlı yayım zamanı siz oxucular da suallarınızla müraciət edə bilərsiniz.