Ermənistanın altına qoyulan SAATLI BOMBA: bir il ərzində QARABAĞ... – ŞOK DETALLAR

Ermənistanın altına qoyulan SAATLI BOMBA: bir il ərzində Qarabağ... – ŞOK DETALLAR

2016-cı ilin yayında İrəvan polisinin post-patrul alayına hücum etmiş “Sasna srer” silahlı qrupunun (terror qruplaşması Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra partiyaya çevrilib və seçkilərdə iştirak edib –red.) iştirakçılarının azad edilməsi Ermənistan üçün saatlı bomba oldu.

   Publika.az   xəbər verir ki, bu haqda “Sputnik” agentliyinə müsahibəsində Ermənistan Respublika Partiyasının mətbuat katibi, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov bildirib.

2018-ci ilin yazında baş verən inqilab nəticəsində hakimiyyətə gələn yeni rəhbərliyin fəaliyyətinin nəticələrini şərh edən keçmiş vitse-spiker hesab edir ki, Nikol Paşinyanın başçılıq etdiyi hökumətdə xarici və daxili çağırışlar yoxdur. O, “Sasna srer” qrupunun üzvlərinin azad edilməsini indiki hakimiyyətin ən böyük səhvi adlandırıb.

“Sən polisə hücumu etmiş şəxsləri, terrorçuları azad etməklə, öz ölkənin altında saatlı bombanı qoyursan”, - Şarmazanov deyib.

Keçmiş hakimiyyət partiyasının mətbuat katibi həmçinin diqqəti yönəldib ki, Paşinyan marixuananın və transgenderlərin təbliğatına reaksiya verməyib.

Şarmazanovun fikirincə, baş nazir Paşinyanda Qarabağ problemi üzrə konsepsiya yoxdur. O qeyd edib ki, Paşinyan problemlə bağlı mövqeyini bir neçə dəfə dəyişirdirib.

“O deyirdi ki, onun konsepsiyası əvvəlki prezidentlərin - Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyanın konsepsiyalarına bənzəmir. Bu konsepsiya haradadır?” - Şarmazanov deyib.

Mətbuat katibinin sözlərinə görə, Paşinyan anlamalıdır ki, o yalnız öz tərəfdarları və silahdaşları üçün baş nazir deyil. Şarmazanov son bir il ərzində ölkədə nifrət və yalanın yayılmasından başqa heç nəyin olmadığını bildirib.

O, Paşinyananı qaranlıq otaqda qara pişiyi axtarmamağa çağırıb.

“Çünki, pişik daim onun çiyinlərindədir”, - Şarmazanov vurğulayıb.

Xatırladaq ki, 2016-cı il iyulun 17-də 31 nəfərlik silahlı qrup İrəvanda yerləşən Erebuni Polis post-patrul alayına basqın edib. Qrup prezident Serj Sarkiyanın istefasını və “Sasna srer”in həbsdə olan lideri Jirayr Sefilyanın azad edilməsini tələb edirdilər. Alayın tutulması iki həftə davam edib, yalnız iyulun 31-də onlar hakimiyyətə təslim olublar. Binanın tutulması zamanı polis polkovniki Artur Vanoyan öldürülmüş, daha üç polis yaralanmışdı. İyulun 30-da isə snayperlə polis qoşunlarının qulluqçusu Yura Tepanosyan öldürülmüşdü. Yaralanan polis əməkdaşı Qaqik Mkrtçyan isə xəstəxanada ölüb.

Paşinyanın gəlişindən sonra qrupun üzvləri azadlığa çıxıblar, ancaq onların işinə hələ məhkəmədə baxılır.






Fikirlər