Paşinyan BU GÜN yürüş keçirir - rəqibləri ETİRAZ EDİR
Bu gün Ermənistan baş naziri Nikol Paşinyanın təşəbbüsü ilə yürüş keçirilir. Tədbir İrəvanın Nor Nork rayonundakı hərbi institutun qarşısından başlayacaq. Bununla bağlı Nikol Paşinyan Facebook sosial şəbəkəsindəki hesabı vasitəsilə tərəfdarlarına müraciət edib. Ermənistan baş nazirinin kütləvi tədbirlə bağlı təşəbbüsü Serj Sərkisiyanın Ermənistan Respublika Partiyası (ERP) tərəfindən etirazla qarşılanıb. Rəqiblərin fikrincə, Paşinyan artıq seçki kampaniyasın rəsmi startına qədər inzibati resursdan istifadə etməyə başlayıb. ERP mətbuat katibi Eduard Şarmazanovun sözlərinə görə, Paşinyan dünənə qədər Serj Sərkisyanı ittiham etdiyi hərəkətləri təkrarlayır. “Nikol Paşinyan bütün bu illər ərzində ERP-ni törətməkdə ittiham etdiyi əməlləri daha böyük miqyasda həyata keçirir. MSK Konstitusiyadan irəli gələrək doğru qərar qəbul etməlidir”,-deyə Şarmazanov söyləyib. “Respublika” partiyasının (ERP ilə qarışdırılmamalı-red.) lideri, “Biz” blokunun seçki siyahısının 1-ci sırısında göstərilən, keçmiş baş nazir Aram Sərkisyan qanunun yol verib verməməsindən asılı olmayaraq Paşinyanın iş səfərlərini inzibati resursdan istifadə edilməsi kimi dəylərləndirilə biləcəyini söyləyib. “Daşnaksütyun” da baş naziri dövlət kadrlarından öz məqsədləri üçün yararlanmaqda günahlandırıb. Daşankların lideri Armen Rüstəmyan bu cür hallarla uzun müddətdən bəri tanış olduqlarını deyib. “Belə gizli qalmayan hallar baş verdikcə adamda acı “deja-vü” təəsürratı oyanır”,-deyə Rüstəmyan bildirib. “Transparent İnterneşnl” antikorrupsiya mərkəzinin rəhbəri Varujan Oktanyan isə bu tip ittihamların ERP tərəfindən səslənməsinin özünü xoşagəlməz sayıb. O, vaxtilə Respublikaçıların özlərinə tez-tez belə qəbildən olan iradlarını çatdırdıqlarını, onların isə bu tənqidləri qulaqardına vurduğunu qeyd edib.