Qənirə Paşayeva 200-dən çox ailəyə tibbi-gigiyenik vasitələr göndərəcək

Gələn həftə Tovuzda 200-dən çox şəhid ailəsi və müharibə əlili, qazi ailələrinə və tənha, yaşlı insanlara Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və bir sıra dostları tərəfindən koronavirusdan qorunmaq üçün tibbi-gigiyenik ləvazimatlar göndəriləcək.

 "AzerTaym.az" bildirir ki,bu barədə modern.az-a millət vəkili özü məlumat verib.

 "İmkanı çatan insanları bu məsələdə imkanları çox zəif olan ailələrə də dəstək olmağa çağırırıq. Hər bir imkanı olan şəxs 5-10 belə materialları almağa çətinlik çəkən ailələrə dəstək olsa heç bir şey itirməz. Amma insanlıq adına çox şey qazanar. Cənab Prezidentimizin də vurğuladığı kimi biz birlikdə güclüyük!", - deyə Qənirə Paşayeva bildirib.






Fikirlər