Nazir Qənirə Paşayevanın bu hərəkətinə əsəbiləşdi — EKSKLÜZİV

Nazir Qənirə Paşayevanın bu hərəkətinə əsəbiləşdi — EKSKLÜZİV

Milli Məclisin deputatı Qənirə Paşayevanın sağlamlıq imkanları məhdud olan (görmə ilə bağlı) Günay Ağayeva ilə bağlı addımı təhsil naziri Mikayıl Cabbarovun ciddi qınağına səbəb olub.

Ölkə.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb Günay Ağayevanın 5 saylı Respublika xüsusi internat məktəbində işə qəbul etdirməsində millət vəkili Qənirə Paşayevanın böyük rolunun olması barədə məlumatın yayılması olub. Məlumat yayılandan sonra nazir Mikayıl Cabbarov xəbəri saytlarda görərək, möhkəm əsəbiləşib.

Daha sonra nazir işçilərinə göstəriş verib ki, Qənirə Paşayevaya ilə əlaqə yaradılsın və deputata Təhsil Nazirliyinin xidmətlərinin öz adına çıxartması ilə bağlı iradları çatdırılsın.

Təhsil Nazirliyinin bu iradlarından sonra isə millət vəkili Qənirə Paşayeva öz açıqlamasında dəyişiklik edərək, təhsil naziri Mikayıl Cabbarova sağlamlıq imkanları məhdud olan Günay Ağayevanın işə qəbulu ilə bağlı göstərdiyi dəstəyə görə təşəkkür edib.

Xatırladaq ki, Günay Ağayevanın 5 saylı Respublika xüsusi internat məktəbində işə qəbul edilməsi barədə xəbəri “Qafqazinfo” saytı təhsil eksperti Kamran Əsədova istinadən yayıb.

Həmin məlumatda ekspert xatırladıb ki, tələbəsi müəllimlərin işə qəbulu imtahanında 43 bal yığsa da, işlə təmin edilməyib:

“Kamran Əsədov Günay Ağayevanın işlə təmin olunmasında göstərdiyi köməkliyə görə millət vəkili Qənirə Paşayevaya təşəkkür edib”.






Fikirlər