Fotolar İlham Əliyev iki zavodun açılışını etdi -

“İlham Əliyev iki zavodun açılışını etdi - Fotolar

 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki avadanlıqlar zavodunun açılış, “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma, “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunun istifadəyə verilməsi mərasimlərində iştirak edib.

 Azərtaym.az Azərtac-a istinadən xəbər verir ki, əvvəlcə dövlət başçısı “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki avadanlıqlar zavodunun açılışını edib.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlət başçısına zavodun fəaliyyəti haqqında məlumat verib. İlham Əliyev zavodu işə salıb, istehsal prosesinə baxıb.

Sonra prezident “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma mərasimində iştirak edib. SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verib.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunun açılışında iştirak edib.

Dövlətimizin başçısı zavodun kollektivi ilə görüşüb. Azərbaycan Prezidenti zavodun butilen-butadien fraksiyasının hidrogenləşməsi və maye qazların kükürdlü birləşmələrdən təmizlənməsi qurğularını işə salıb.

 

İlham Əliyev iki zavodun açılışını etdi - Fotolar
İlham Əliyev iki zavodun açılışını etdi - Fotolar
İlham Əliyev iki zavodun açılışını etdi - Fotolar
İlham Əliyev iki zavodun açılışını etdi - Fotolar

 






Fikirlər