Cavid Qurbanov Aktyubinsk rels istehsalı zavodunun istehsalat xəttinin açılışında iştirak edib

Aktyubinsk rels istehsalı zavodunun istehsalat xəttinin açılışında iştirak edib  Bu gün Qazaxstanın baş naziri Karim Masimovun iştitrakı ilə Aktobe şəhərində Aktyubinsk rels istehsalı zavodunun istehsalat xəttinin açılışına həsr olunmuş təntənəli mərasım keçirilib. 

 Azərtaym.az Azadinform-a istinadən xəbər verir ki, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov iştirak edib. Tədbir çərçıvəsində C. Qurbanov Aktyubinsk rels istehsalı zavodu ilə tanış olmuşdur. “Qazaxıstan Dəmir Yolları” SC-nin prezidenti Askar Mamin   zavodun fəaliyyəti, istehsal gücü, iş prinsipi barədə C. Qurbanova məlumat verib.  
Bildirilib ki, zavod Qazaxstanın sənaye və innovasiya inkişafı üzrə Dövlət Proqramı çərçıvəsində, “Qazaxstan Dəmir Yolları” SC tərəfindən inşa edilib və 13 fevral 2013-cü ildən fəaliyyət göstərir, strateji əhəmiyyətə malikdir. 760 nəfər işçisi olan zavod əsasən yüksəksürətli dəmir yolu xətləri üçün uzunluğu 120 metr olan R-65 markalı rels istehsal edir.  Zavodun hazır məhsul üzrə illik istehsal gücü 430 min tondur. Bunun 200 min tonu rels, 230 min tonu isə müxtəlif yardımçı metal materiallardır.  
Aktyubinsk rels istehsalı zavodu “Qazaxstan Dəmir Yolları” SC-nin  relsə olan tələbatını tam  ödəməklə yanaşı, xarici ölkələrdən olan sifarişləri də istehsal etmək gücünə malikdir.






Fikirlər