Alp Arslan İmamqulu: "İrəvan partlayışı terrordur: erməni xalqına dəstəyə hazır olaq" - VİDEO

Polkovnikin təyinatı bugünkü realıq müstəvisində mühüm addımlardan biridir” - Alp Arslan İmamqulu | Hafta.az

Tanınmış hərbi ekspert, polkovnik-leytenant Alp Arslan İmamqulu İrəvanın "Sürməli" bazarındakı partlayışı terror hadisəsi hesab edir.

Musavat.com bildirir ki, bu barədə o, özünün Feysbuk profilində yazıb.

Hərbi ekspertə görə, bu hadisələr davam edəcək:

"Ata yurdumuz İrəvanda baş vermiş hadisə terrorizm aktıdır. Ehtimal edilir ki, bu, terrorist mənşəli cinayətkar siyasi qruplar arasında daxili çəkişmə zəminində törədilib. Bu şəkildə partlayışlar ardıcıl olaraq davam edərsə, hadisələrin daha geniş coğrafiyaya yayılması qaçılmazdır. Bu səbəblə təhlükəsizliyimizin təminatı adına İrəvanda anti-terror əməliyyatlarının keçirilməsində birbaşa iştirakla erməni xalqına dəstək olmağa hazır olmalıyıq".






Fikirlər