"Netanyahu bizə hava hücumundan müdafiə vasitələri verə bilər, o, hər şeyi çox gözəl bilir..."

"Bu, hansısa ixtilaflar deyil, qanlı savaşdır..."
"Bu, Rusiya ərazisinə zərbələr endirmək üçün hücum silahı deyil, insanların müdafiəsi üçündür..."
 
Ukrayna prezidenti Vladimir Zelenski İsrailin gələcək baş nazirindən gözləntilərindən danışıb.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Amerikanın "New York Times" qəzetinin mətbuat konfransında bəyan edib.
 
Zelenskiyə Binyamin Netanyahu ilə təmasları barədə sualı cavablandırıb.
 
"Mən Netanyahu ilə yenidən baş nazir olduqdan sonra bir dəfə danışmışam", - Zelenski deyib, bununla da İsraildə siyasi hadisələri qabaqlayıb.
 
"Mən nə deyə bilərəm? Təbii ki, biz İsraildən dəstək gözləyirik. Bizə Netanyahunun öz sələfləri kimi Ukrayna ilə Rusiya arasında balans saxlaması lazım deyil.
 
Bu, hansısa ixtilaflar deyil, qanlı savaşdır. Xüsusilə Rusiyaya göndərilən 550 İran dronlarının bizim infrastrukturumuza zərbələr vurduqdan sonra heç lazım deyil.
 
O, hər şeyi çox gözəl bilir və şübhəsiz ki, bizə hava hücumundan müdafiə vasitələri ilə yardım edə bilər.
 
Burada qəribə heç nə yoxdur, bu, Rusiyanın ərazisinə zərbələr endirmək üçün hücum silahı deyil. Burada kompromatlıq heç nə yoxdur, bu, insanların müdafiəsi üçündür. 
 
Əlbəttə, o, Putinlə özünün şəxsi münasibətlərini bundan sonra da saxlamaq istəyirsə, bunu əvvəlkitək davam edə bilər.
 
Lakin əgər o, İsrail ilə Ukrayna xalqı arasında tarixi münasibətlərə dəstək vermək istəyirsə, düşünürəm ki, o, daha çox insanların həyatını xılas etmək üçün mümkün olan hər şeyi etməlidir, şəxsən mən belə hesab edirəm".
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

 






Fikirlər