“Mövqeləri özləri ilə birgə göyə uçurulacaq!”-deputatdan Rusiya MN-yə SƏRT ET

Rusiya hərbi kontingentinin müvəqqəti kontrolu altında olan torpaqlarımızda qanunsuz hay silahlı birləşməsinin martın 5-dəki təxribatı haqqında sözügedən ölkənin Müdafiə Nazirliyinin hələlik susmağa üstünlük verməsi özlüyündə çox şey deyir”.

Musavat.com-un məlumatına görə, bunu deputat Sahib Alıyev Rusiya Müdafiə Nazirliyinin ötən gün yaydığı məlumata münasibət bildirərkən deyib. S.Alıyev qeyd edib ki, Nazirliyin dünən axşamkı xəbər bülletenində "Rusiya sülhməramlılarının təhlükəsizliyinin təmini, mümkün insidentlərin qarşısının alınması üçün Azərbaycan və Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargahları ilə davamlı əlaqə saxlanılır" cümləsi 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatın yerinə yetirilməməsinin daha bir təsdiqidir:

“Qarabağdakı Rusiya hərbi kontingenti yerləşdiyi Azərbaycan torpağında hər hansı insidentin qarşısını almaq üçün Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargahıyla əlaqə saxlamamalıdır. Üzərinə düşən öhdəliyi yerinə yetirərək həmən ölkənin hələ də Qarabağda qalmaqda davam edən ordusunun tör-töküntülərini oradan çıxarmalıdır! Əgər təkbaşına gücü çatmırsa, bizim ordumuzdan dəstək istəməlidir”.

Deputat qeyd edib ki, əks təqdirdə nə baş verəcəyi kimsəyə sirr deyil: “Fikirləşmirəm ki, Azərbaycan ordusu qanunsuz hay silahlı birləşmələrinin torpaqlarımızda at oynatmalarını indən sonra da görməzdən gəlsin. Əminəm ki, dünən bizim hərbçilərə atəş açaraq iki qəhrəman oğlumuzu şəhid edənlərin cavabları amansızlıqla veriləcək və onların mövqeləri özləri ilə birgə göyə uçurulacaq!”






Fikirlər