Elman Nəsirov Natiq Cəfərlini təkzib etdi: “Bu barədə heç bir müzakirələrimiz də olmayıb”
ReAL-ın icra katibi Natiq Cəfərli Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşdən sonra verdiyi açıqlamada parlament seçkilərinin proporsional seçki sisteminə keçiləcəyini bildirib:“Ümid edirik və siyasi partiyalar haqqında qanunun qəbulu da onu göstərir ki, gələcəkdə biz proporsional seçki sisteminə keçəcəyik. Bu da Azərbaycanda yeni, sivil oyun qaydalarının yaranmasına, iqtidar-müxalifət münasibətlərinin parlament çərçivəsində müzakirəsinə səbəb olacaq”.
Proporsional seçki sisteminə keçid görəsən nə dərəcədə realdır?
Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, hələlik sözügedən məsələ gündəmdə yoxdur:
“Məndə bu məsələ barədə heç bir məlumat yoxdur, ona görə də parlament seçkilərinin proporsional sistemlə keçirilib-keçirilməyəcəyi barədə indilikdə heç nə deyə bilmərəm. Bu barədə heç bir müzakirələrimiz də olmayıb. Əlimdə sənəd, fakt, arqument olmalıdır ki, mövqe bildirim. Bu günə olan məlumata görə belə bir məsələ yoxdur. Bir məsələni ki, hələlik müzakirə etməmişik, öncədən heç nə deyə bilmərəm”.