"Emin Hüseynov saxta işlərlə məşğuldur, saxta araq düzəldir" - İTTİHAM VAR...

Quseynoff” MMC-nin sahibi Emin Hüseynov yenidən qalmaqallı bir mövzu ilə gündəmə gəlib.

Ajans.az-ın xəbərinə görə, İkinci Qarabağ müharibəsi iştirakçısı Orucov Mais Saleh oğlu Hüseynovla bağlı yeni iddialar səsləndirib. O, bildirib ki, Göygöl rayonunun Quşqara kəndində "Demonn" MMC-yə məxsus alkoqollu içkilərin istehsalı müəssisəsində bir müddət işləyib. Daha sonra onun sürücülük vəsiqəsi ilə öz maşınlarına ona sürmək üçün etibarnamə verilib:

"Kamerada açıb baxmaq olar ki, mən o maşınları sürməmişəm. Bir müddət keçdi, onun oradakı saxtakarlıqlarını gördükdən sonra işdən çıxdım. Daha sonra xəbərim oldu ki, mənim sürücülük vəsiqəmə 3 min cərimə gəlib. Amma maşını özü sürürdü. Zəng edib cəriməni ödəməsini xaiş etdim. Mənə dedi ki, "ödəmirəm, ged kimə deyitsən de". Emin Hüseynov saxta işlərlə məşğuldur, saxta araq düzəldir. O, məni Banditizmlə hədələdi. Dedi atanın yanına gedəcəm, özü də bizim qohumdur. Özünü qohumcanlı göstərir, guya bu xeyriyəçidir. Qohum çox istəyən oğlan öz qohumunu günə 15 manata fəhlə işlətməz".

Qeyd edək ki, bir neçə gün əvvəl daxil olan müraciət əsasında Göygöl rayonu, Quşqara kəndində yerləşən, “Demonn” MMC-yə məxsus alkoqollu içkilərin istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Ajans.az-ın əldə etdiyi məlumata görə, baxış zamanı “Demonn” MMC-nin sifarişi əsasında satışı həyata keçirilən viski məhsulunun qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz olaraq fəaliyyət göstərən “Quseynoff” MMC-də istehsal edildiyi məlum olub.

“Quseynoff” MMC-nin direktoru izahatında viskini özü hazırladığını və mənşəyi, keyfiyyəti, təhlükəsizliyini təsdiq edən sənədlərinin olmadığını bildirib. Məhsulun etiketində heç bir əsas olmadan guya Şotlandiyada istehsal edilən viskilərin texnologiyasına uyğun olaraq istehsal edildiyi və palıd çəlləklərdə 12 il saxlandığı qeyd edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, “Organic River” və “Time Vodka” əmtəə nişanlı araq məhsullarının satışı dayandırılıb, “Quseynoff” əmtəə nişanlı viski məhsulunun satışı qadağan edilib və dövriyyədən çıxarılaraq müvafiq tədbirlər görülüb. İş üzrə toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi üçün aidiyyəti dövlət orqanına göndərilib.

Xatıladaq ki, 2019-cu ildə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsi ilə Vergilər Nazirliyinin 12 saylı Gəncə Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları Gəncə şəhəri, DOS 6, ev 49/3 ünvanında qanunsuz şəraitdə fəaliyyət göstərən alkoqollu içki istehsalı sexində birgə monitorinq həyata keçirib.

Müəyyən edilib ki, fiziki şəxs Hüseynov Emin Zahid oğluna məxsus müəssisədə kustar üsullarla, ev şəraitində, yerli və xarici ölkələrə məxsus əmtəə nişanları adı altında saxta alkoqollu içkilər istehsal edilir. Qanunsuz fəaliyyət göstərən sexdə ümumilikdə 189 ədəd satış məqsədi ilə qablaşdırılmış saxta içki aşkarlanıb. Bundan başqa, spirtli içki doldurulmasına hazır vəziyyətə gətirilən 1000-ə yaxın şüşə butulka və 400 litr həcmdə etil spirti müəyyən edilib. Baxış zamanı hazır məhsullardan nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsiliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Müəssisənin fəaliyyətinə məhdudiyyət qoyulub.

VİDEO BURADA... My Webpage






Fikirlər