Paşinyan yenidən KTMT-ni ittiham etdi...

"Bu gün biz elə bir vəziyyətdəyik ki, KTMT-nin fəaliyyətindən müəyyən məyusluq var. Çünki KTMT Ermənistanın öz təhlükəsizliyini təmin etməli olduğu əsas mexanizmdir. Lakin 2021-ci ilin may və noyabrında və 2022-ci ilin sentyabrında... KTMT-nin yersiz cavabı ilk növbədə Ermənistan xalqında müəyyən məyusluq yaratdı, çünki KTMT-nin etibarlı təhlükəsizlik mexanizmi olduğuna inam var idi".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Çexiyanın "CNN.Prima" nəşrinə müsahibəsində bildirib.

Ermənistan baş naziri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı daha sonra bildirib:

"Bu səbəbdən KTMT-nin İrəvanda keçirilən sammitində biz bir sıra fundamental sənədlərin təsdiqini mümkün hesab etmədik. Bu həm də Təşkilata ziyan vurur, çünki qeyd etdiyim tarixlərdə Ermənistanın başına gələnlər ilk növbədə KTMT-nin nüfuzuna zərbə vurur. Yəni bunun Təşkilatın özü üçün müəyyən nəticələri olacaq".






Fikirlər