Qubad İbadoğlunun ofisində axtarış aparılıb - Rəsmi + Yenilənib

qubad-ibadoglunun-ofisinde-axtaris-aparilib

Sosial şəbəkələrdə Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun saxlanılması ilə bağlı məlumat yayılıb. 

Bu barədə “Qafqazinfo”ya DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, partiya sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.

Qeyd edilib ki, araşdırma aparılır.

Əlavə məlumat veriləcəkdir.

***

Daxili İşlər Nazirliyi Qubad İbadoğlu ilə bağlı daha bir məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyənin Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirib.

Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib:

"Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və Q.İbadoğlu saxlanılıb. Hazırda tədbirlər davam etdirilir".






Fikirlər