“Bütöv Qarabağ nəzarətimizə keçəcək” - Elmar Məmmədyarov

“Bütöv Qarabağ nəzarətimizə keçəcək” - Elmar Məmmədyarov 

Xəbər verdiyimiz kimi, Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan Xankəndidəki qondarma rejimin rəhbərliyindən istefa verib. Arutyunyan istefa ərizəsini sabah “parlamentə” təqdim edəcək. 

 

Bəs, Arayik Arutyunyanın gedişi nələri dəyişəcək? 

Bu sualla sabiq Xarici İşlər naziri Elmar Məmmədyarova müraciət etdik. 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Arayik Arutyunyanın getməsi birmənalı şəkildə Azərbaycanın uğurudur: 

“Təkcə bu fakt onu göstərir ki, Azərbaycan yavaş-yavaş öz istəklərinə nail olur. Və yaxın gələcəkdə bütöv Qarabağ Azərbaycanın tam nəzarəti altına keçəcək. Arayikin gedişi də bu məsələni sürətləndirəcək. Arayikin yerinə kim gəlirsə-gəlsin tarixin təkərini geri döndərə bilməyəcək. Ermənilər üçün son variant Azərbaycana reinteqrasiyadır”. 

Elmar Məmmədyarov Arayikin “varisi” barədə də fikirlərini bildirib: 

“Arayikin yerinə kimin gəlməsinin bizim üçün elə bir əhəmiyyəti yoxdur. Çünki, Azərbaycan öz mövqeyində qətiyyətlidir. Amma hər halda gözlənilir ki, Arayikin yerinə gələn erməni Azərbaycana qarşı hərbi cinayətlərdə iştirak etməmiş şəxs olsun. Bu gələcək münasibətlərə müsbət impuls verə bilər. Lakin, fərq etməz Azərbaycana qarşı hərbi cinayət törətmiş hər bir erməni gec-tez Azərbaycan qanunları qarşısında cavab verəcək”. 






Fikirlər