Arayik yenə Moskvaya hazırlaşır... -Turşsuda qaldırılmış SSRİ bayrağı endirildimi?..

Arayik yenə Moskvaya hazırlaşır... -Turşsuda qaldırılmış SSRİ bayrağı endirildimi?..

Bəlkə bu, baş separatçıya yaşıl işıqdır ki, nə qədər biz burdayıq, Ermənistana rahat gedin-gəlin və arxayın olun...”
 
"Əldə etdiyimiz məlumata görə, ...Arayik Arutyunyan yaxın vaxtlarda yenidən Moskvaya gedəcək". 
 
 Bu məlumatı səhər saatlarında Ermənistanın "Hraparak" nəşri yayıb.
 
Xəbərdən bəlli olur ki, Azərbaycan torpağındakı baş separatçı Nikol Paşinyanla son görüşdən sonra Xankəndinə "bir az məyus halda qayıdıb", çünki Paşinyan rəsmi Bakının Qarabağın dağlıq hissəsinin Azərbaycanla "inteqrasiyasının alternativlərinin olmaması haqqında dediklərini, demək olar ki, hərfən təkrarlayıb. Və Arayik hesab edir ki, artıq onun "prezident" postunda görüləcək bir işi yoxdur və istefaya getməyə hazırlaşır. 
 
"Ermənistanın siyasi dairələrində Moskvaya səfərin  bu məsələdə həlledici olacağını istisna etmirlər: ya onu Moskvada razı salacaqlar, ya da gəlib istefa ərizəsi yazacaq" - erməni qəzeti belə yazır.
 
Xatırladılır ki, martın 15-də separatçı-terrorçu rejimin qanunsuz "qanunverici orqanı"  "konstitusiyaya dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib. Dəyişikliyə görə, "hərbi vəziyyət tətbiq olunarsa, prezidenti seçmək hüququ parlamentdə saxlanılacaq.  
 
“Hazırkı konstitusiyaya görə, prezident istefa verdikdə, vəfat etdikdə, səlahiyyətləri dayandırıldıqda və ya ona etimad göstərilmədikdə, parlament buraxılır, növbədənkənar prezident və parlament seçkiləri keçirilir. Bu qanunvericilik dəyişikliyi ilə parlamentin buraxılmasının qarşısı alına biləcək və qanunverici orqan prezidenti seçə biləcək.  Parlamen birinci oxunuşda qəbul edilmiş layihəyə dair yazılı təkliflərin təqdim edilməsi üçün martın 21-dək müddət müəyyən edib. Bundan sonra parlament ikinci və yekun oxunuşda konstitusiya dəyişiklikləri layihəsinə səs verəcək"- deyə erməni qəzeti bildirir.
 
P.S. Görəsən, Şuşa rayonunun Rusiyanın nəzarəti və erməni separatçılarının işğalı altında olan Turşsu qəsəbəsi ərazisində qaldırılmış SSRİ bayrağı endirildimi? Bəlkə bu Xankəndindəki cinayətkar separatçı-terrorçulara, o cümlədən  Arayik Arutyunyana yaşıl işıqdır ki, nə qədər biz burdayıq, Ermənistana, Moskvaya rahat gedin-gəlin. Və arxayın olun, SSRİ nə yolla olursa-olsun, hansısa formada bərpa olunacaq və sizə də onun tərkibində “müstəqillik” veriləcək...
 
Sultan Laçın






Fikirlər