Milli Məclis bu tarixdə fəaliyyətə başlayacaq - Yeni sədr KİM olacaq?

Milli Məclis bu tarixdə fəaliyyətə başlayacaq - Yeni sədr kim olacaq?

Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 16-da keçirliən iclasında 2024-cü il sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərinə yekun vurub. İclasda parlament seçkilərinin nəticələri haqqında MSK-nın protokolu tərtib edilib və qurumun bütün üzvləri tərəfindən imzalanıb təsdiqlənməklə seçkilərə yekun vurulub. 

Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, MSK-nın protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi, həmçinin, dərc olunması qərara alınıb.

Hazırda cəmiyyəti ən çox bu sual düşündürür: Milli Məclisin yeni tərkibdə ilk iclası nə vaxt keçiriləcək? Sədarətdə hər hansı dəyişiklik gözlənilirmi? vakansiya

Mövzu ilə bağlı Yenisabah.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, hələki bu barədə hansısa fikir bildirmək düzgün deyil: 

“Hələki bu məsələlər barədə fikir, mülahizə yürütmək doğru deyil. Ona görə ki, birinci növbədə parlament tarixinin etikasına baxmaq lazımdır. Yeni Azərbaycan Partiyası Milli Məclisdə mütləq çoxluğu əldə edib. İkinci yerdə bitərəflər, üçüncü sırada isə digər partiyaların deputatları yer alır. Ona görə də, burada məsələlər çoxluğun iradəsi ilə həll olunur. Bizim bu məsələdə hər hansı bir şəkildə bilgimiz və yaxud təsir gücümüz yoxdur”. 

Deputatın sözlərinə görə, payız sessiyasının başlanmasının dəqiq vaxtı parlamentdə çoxluq əldə edən Yeni Azərbaycan Partiyasının qərarından asılıdır: 

“Hesab edirəm ki, Milli Məclisin formalaşması yəqin ki, yaxın zamanlarda başa çatar və yeni payız sessiyasından etibarən Milli Məclis öz fəaliyyətini davam etdirər. Hələki bu barədə nəsə demək çətindir. Dediyim kimi, bu daha çox hakim partiyanın müzakirə və qəbul edəcəyi qərarlardan asılı olacaq”. 

 






Fikirlər