O BƏYƏNMƏDİYİNİZ keçmiş TÜRKİYƏ kimi dura biləcəksinizmi?

Image result for O bəyənmədiyiniz keçmiş Türkiyə kimi dura biləcəksinizmi?

Amerika Birləşmiş Ştatları (ABŞ) Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə qarşı amerikalı rahib Endrü Bransonun həbsi və həbsdə saxlanmasında rolu ilə əlaqədar sanksiya tətbiq edib.

Qadağanın bu forması Türkiyə ABŞ münasibətləri tarixində ilk haldır.

Türkiyədə baş verən son hadisələr və ölkə siyasətinin aparıcı xəttini təşkil edən tezislər və keşmiş iqtidarların tənqidi, heç nəyə qadir olmadıqları barədə fikirlərə cavab olaraq məşhur yazar Yılmaz Özdilin köşəsini Moderator.az diqqətinizə çatdırır.
Mustafa Kamal...
Yeddi dövlətin dizini yerə qoydu. Cümhuriyyəti qurdu. Eyni zamanda CHP genel başqanıydı.
İsmət İnönü...
Mustafa Kamalın xarici siyasətini sürdürdü, bir güllə atmadan Hatayı torpaklarımıza qatdı.İkinci Dünya müharibəsində  diplomatik möcüzə  gerçəkləşdirdi, dünyada 75 milyon insan ölürkən, Avropada daş üstündə daş qalmazkən, Türkiyəni qorumağı bacardı , Hitler, Stalin,  Çörçill, Ruzvelt arasından kərəyağından qıl çəkər kimi çıkdı.
CHP genel başqanıydı.
Bülənt Ecevit…
Sanksiya, embarqo dinləmədi. Kıbrısa girdi. KKTC-ni qurduq. ABŞ-dan İsrailə, İtaliyadan Keniyaya qədər yürüdülən fərdi siyasətlə və təsirli diplomatiyası ilə Aponu tutub gətirdi.
Lozanna razılaşmasını imzalayan xarici işlər nazirimiz İsmət İnönüydü. 
Millətlər Məclisinə o təşkilatın birbaşa dəvətiylə qatılan ilk dövlət olduq, hətta xarici işlər nazirimiz Tevfik Rüştü Aras 1937-ci ildə Millətlər Məclisinə başqan oldu, CHP millət vəkiliydi.
Birləşmiş Millətlər razılaşmasını imzaladıq, xarici işlər nazirimiz Hasan Şaka, CHP hökümətinin baş naziri idi.
Ad-sanla gəldiyimiz Kardak böhranında Yunanıstana tüpürdüyünü yalatdıq, qaya daşımızı belə verməyən hökümətimizin ortağı və xarici işlər nazirimiz Deniz Baykal, CHP genel başqanıydı.
O bəyənmədiyiniz  “əski Türkiyə” buydu.
Tarix boyunca cümhuriyətimizi bağımsız, özgür, qürurlu, hörmətli bir dövlət halına gətirən bütün böhranlı zamanlarda CHP imzası vardı.
Bekara bir rahib üzündən məmləkətə yaşadılan utanca bax.
Güya yeni Türkiyə quruldu.
Hadi baxayım… Dik dur, əyilmə. Di görəlim






Fikirlər