Nardaranda mədrəsə -SÖKÜLÜR

Nardaranda yerləşən "İmam Zaman (əc)" mədrəsəsinin binası polislərin müşaiyəti ilə sökülür.

Hazırda Nardarandakı Rəhimə xanım pirinin nəznində yerləşən "İmam Zaman (əc)" mədrəsəsi İcra Hakimiyyəti işçiləri tərəfindən sökülməyə başlanılıb. Söküntüyə birbaşa polis nəzarət edir. Baş vermiş hadisəyə etiraz olaraq, kənd ağsaqqalları Prezident Aparatına tərəf gedirlər.


Mədrəsənin sökülmə səbəbi isə yolun genişləndirmə səbəbi kimi göstərilir. Lakin kənd sakinlərinin bildirdiyinə görə, mədrəsə yolun sonunda yerləşir və heç bir səbəblə görülən işlərə maneəçilik törətmir. Mənbə onuda bildirir ki, bu, açıq-aydın bəhanədir. Çünki mədrəsəyə gələn yol və kənddə təmirə və genişlənməyə ehtiyacı olan yollar qaldığı halda mədrəsənin söküntüsü aparılır. 






Fikirlər