Mahmudovun çökdürdüyü iş adamlarından BİRİ ÖLDÜ, biri isə...

Eldar Mahmudov tutduğu vəzifədən qovulmasından ötən aylar ərzində onlarla iş adamının çökdürülməsində MTN çetesinin rolunun olması üzə çıxıb. Belə iş adamlarından biri də “Hafka” kimi tanınan keçmiş oliqarx Hafiz Məmmədovdur.

Paris məhkəməsi “Lans” futbol klubunun səhmlərinə nəzarət Hafiz Məmmədova məxsus RLS Holding şirkətini müflis elan edib. Bununla da “Hafka” iki il əvvəl aldığı “Lans” klubu üzərində mülkiyyət hüququnu itirib. Məhkəmənin belə qərar verməsinə səbəb “Hafka”nın müflis olması nəticəsində onun klub qarşısında öhdəliklərini yerinə yetirə bilməməsidir. Hafiz Məmmədov “Lans” klubunun büdcəsinə 5 milyon 600 min avro vəsaiti ödəyə bilməyib.


Xatırladaq ki, o, “Lans”ın səhmlərinin üçdə ikisini 20 milyon avroya almışdı, daha sonra biznesmen kluba 6 milyon avro da yatırım qoymuşdu. Lakin klubu alandan az sonra “Hafka”nın “Baghlan Group” şirkəti müflis olub və oliqarxın biznesi çöküb. Nəticədə o, Fransa klubuna sponsorluq etmək imkanlarını itirib. Fransa mətbuatının yazdığına görə, “Lans”ın yeni sahibi Kot-d İvuardan olan biznesmen, CKG şirkətlər qrupunun sahibi Çarlz Kader Qura olacaq. O, “Lans”ın inkişafına 30 milyon avro yatırmağa və 5 milyon 600 min avroluq borcunu ödəməyə hazırdır. Hafiz Məmmədov isə bu sövdələşmədən heç nə əldə edə bilməyəcək. Çünki onun şirkəti məhkəmə tərəfindən müflis elan edilib və biznesmen məhkəmə qaydasında kluba mülkiyyət hüququnu itirib. “Lans”a afrikalı biznesmenlə yanaşı “Atletico” klubunun sahibləri də iddia edir. Klubun taleyi mayın sonlarına qədər həll olunmalıdır. H.Məmmədov virtualaz.org saytına açıqlamasında “Lans”ı itirdiyini təsdiqləyib və bunu həyatında “ən faciəli günlərdən biri” adlandırıb. “Təəsüf ki, artıq bizim üçrəngli bayrağımız artıq "Lans"ın üzərində dalğalanmır. İki il boyu mən bütün qapıları döydüm, kömək istədim, ancaq bütün kabinetlərdə mənə rədd cavabı verdilər. Axı bu təkcə Hafiz Məmmədovun yox, bütün ölkənin şərəfi idi! 

Mahmudovun çökdürdüyü iş adamlarından biri öldü, biri isə...



Təəssüf ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun və onun qudası Cahangir Hacıyevin çirkin, alçaq oyunları sayəsində mənim biznesimə sarsıdıcı zərbə vuruldu. Bu işdə bəzi başqa məmurlar və biznesmenlər də iştirak etdi" - H.Məmmədov deyib. “Hafka”nın bildirdiyinə görə, ona borclu olan bəzi adamlar və şirkətlər də vədlərinə xilaf çıxıblar, borclarını ödəməyiblər. “Mənim bütün şirkətlərim defolta yuvarlandı, banklarla problem başladı. Bu situasiyada klubu əldə saxlamaq üçün mənə kömək etməli idilər. Mən klubu Azərbaycanın istənilən oliqarxına güzəştə getməyə hazır idim, ancaq heç kim razılaşmadı. Beləliklə, biz "Lans"ı itirdik" - H.Məmmədov kədərlə bildirib.

Mahmudovun çetesinin çökdürdüyü iş adamı özünü asıb

Sabunçu rayonu, Maştağa qəsəbə sakini, iş dünyasında Əlihüseyn Maştağalı kimi tanınan iş adamı özünü asıb. 1995-ci ildən iş dünyasında olan 46 yaşlı Əlihüseyn Maştağalı əvvəllər “kolbasa işi” ilə məşğul olub. Daha sonra siqaret və spirtli içki alverinə girişib. Əlihüseyn əsasən xarici ölkələrdən ölkəyə spirtli içkilər və siqaret gətirməklə məşğul olub və iş adamları arasında da xeyli hörmətə sahib olan şəxs imiş. O, ölkədə fəaliyyət göstərən digər iş adamları üçün də siqaret və spirtli içkilər gətirməklə məşğul olub. Ancaq MTN-in sabiq şefi Eldar Mahmudovun ölkədəki digər iş adamları kimi incitməsi bu şəxsdən də yan keçməyib.

Deyilənə görə, ilyarım bundan öncə E.Mahmudovun adamları Əlihüseynin nə az, nə çox düz yarım milyon manatını alıblar. İddialara görə bundan əlavə olaraq, bir neçə dəfə ondan külli miqdarda pul alınıb. İş bununla bitməyib, E.Mahmudovun adamları onun biznes fəaliyyətinə mane olmağa başlayıblar. Ə.Maştağalı ölkəyə təkcə özü üçün deyil, digər iş adamları üçün lazım olan spirtli içki və siqaret gətirib. İş adamları ona külli miqdarda pul veriblər ki, onlarla mal gətirsin, ancaq onun fəaliyyətinə maneçilik törədildiyindən iş adamlarına vaxtında mal gətirə bilməyib. Əlində olan pulu isə məcburiyyətdən başqa işlərə xərcləyib. Bundan sonra Əlihüseyn müflisləşib və borca düşüb. Yarım milyon manatlıq soyğuna məruz qalmış iş adamı banklardan külli miqdarda kredit götürüb, sonradan isə borcu ödəyə bilməyib. Çıxış yolunu isə boynuna kəndir salıb həyatdan köçməkdə görüb... ( musavat.com )






Fikirlər