Hafiz Məmmədov Rövnəq Abdullayevin çətirinin altına keçir

Hafiz Məmmədov Rövnəq Abdullayevin çətirinin altına keçirIş adamının artıq Ziya Məmmədovla işləmək istəmədiyi bildirilir.

Iş adamı Hafiz Məmmədov artıq nəqliyyat naziri Ziya Məmmədvola üzüləşərək dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayevin çətiri altına keçməyə çalışır.

Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, həbs təhlükəsilə üzləşən və buna görə ölkəni tərk edən, daha sonra isə yenidən Azərbaycana dönən Hafiz Məmmədov hesab edir ki, Rövnəq Abdullayevlə işbirliyi onun maraqlarına daha uyğundur.

Məlumat üçün deyək ki, Hafiz Məmmədov uzun müddət Ziya Məmmədovla biznes ortağı olub və onun himayədarlığı altında iqtisadi imperiya qurub. Lakin iş adamının iflasa uğraması, nəqliyyat nazirinin ona yardım etməməsi Hafiz Məmmədovu himayədarını dəyişmək barədə düşünməyə vadar edib.

Bundan başqa Hafiz Məmmədova həbs təhlükəsi məhz Ziya Məmmədovun oğlu Anar Məmmədovun “Bank of Azeribaican” üçün götürdüyü kreditə görə yaranıb. Bu bankın hüquqi sahibi Hafiz Məmmədov olsa da, faktiki olaraq Anar Məmmədov idarə edib. Bəzi məlumatlara görə, Hafiz Məmmədovun bu məsələ ilə bağlı Ziya Məmmədovla sərt söhbəti olub. O, kreditə görə məsuliyyəti Anar Məmmədovun daşıdığını nazirin diqqətinə çatdırıb və ondan borcu ödəməyi tələb edib. Əks təqdirdə bildiyi faktları açıqlayacağını deyib. Ziya Məmmədov kredit borcunun məsuliyyətini öz üzərinə götürüb. Bundan sonra Hafiz Məmmədovun həbsi məsələsinin üzərindən xətt çəkilib və o, ölkəyə dönüb. Iş adamı fərqindədir ki, bundan sonra Ziya Məmmədovla çalışması mümkün deyil. Ona görə də Rövnəq Abdullayevi hami kimi seçib. Bu günlərdə onunla görüşən iş adamının niyyətini Rövnəq Abdullayevə açdığı bildirilir. Qarşı tərəfin nə qərar verdiyi hələlik bəlli deyil.

Yeri gəlmişkən, Hafiz Məmmədovla Rövnəq Abdullayev arasında keçirilən görüş barədə mətbuatda da məlumat dərc olunub. Lakin həmin məlumatlarda iş adamının Rövnəq Abdullayevlə görüşündə rəhbəri olduğu “Bakı” klubunun problemlərini müzakirə etdiyi bildirilir.






Fikirlər