Kərəm Həsənovu bağışlamaq olarmı? – SONUN başlanğıcı

Kərəm Həsənovu bağışlamaq olarmı? – Sonun başlanğıcı

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzaladı. Fərmana əsasən dövlət əmlakının özəlləşdirilməsi ölkə başçısının qərarları ilə həyata keçiriləcək.

Belə ki, Nazirlər Kabineti "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” yeni qanun layihəsini (özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla) iki ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.
Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə prezidentə təqdim olunmalıdır. Bundan başqa, cari ildə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini bir ay müddətində prezidentə təqdim edilməlidir.
Fərmanda deyilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu sənəd qüvvəyə mindiyi gündən "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna və prezidentin 2000-ci il 10 avqust tarixli 383 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar qəbul edilməsini dayandırmalıdır.
Bundan başqa, fərman qüvvəyə mindiyi günədək "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, prezident və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş, lakin barəsində özəlləşdirmə əqdi bağlanmamış dövlət əmlakının özəlləşdirilməsi (özəlləşmə prosesində səhmdar cəmiyyətə çevrilmiş müəssisələrin səhmlərinin satışı da daxil olmaqla) istiqamətində tədbirlərin görülməsini dayandırsın və həmin dövlət əmlakının siyahısını 20 gün müddətində ölkə başçısına təqdim olunmalıdır.
Bununla da, müəssisələrin özəlləşdirilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Komitəsindən alınaraq prezidentin səlahiyyət dairəsinə keçib.
NƏ BAŞ VERİR?
Kərəm Həsənov harda ciddi səhv edib? Bu səlahiyyətlərin alınmasının ardınca nələr baş verəcək? Və yaxud, K.Həsənova artıq inam itibmi? 
Bizimxeber.az-a daxil olan məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəsində baş verən korrupsiya hallarının qarşısını almaq mümkün deyil. İndi ölkənin ən korrupsiyalaşmış Komitəsi kimi tanınan bu qurumda vəziyyət günü-gündən pişləşir. Əslində, özəlləşdirmə işinin qismən Asan Xidmətə verilməsi zamanı K.Həsənov etimadı itirmişdi. Yəni, bu, başlanğıc idi. Lakin Kərəm Həsənovun hələ də öz ampulasından çıxa bilməməsi yuxarı dairələri konkret addımlar atmağa məcbur etdi. Bizimxeber.az-a daxil olan məlumatlarda qeyd olunur ki, ötən gün K.Həsənov müavinlərinə özəlləşdirmə işi ilə bağlı kifayət qədər diqqətli olmağı tapşırıb. Böyük məbləğli özəlləşdirmə işləri dayandırılıb. Bu işlər üçün alınan 100 minlərin aqibəti isə bəlli deyil.
Elə isə maraqlıdır, nə baş verir? Kərəm Həsənovun "krallığı” bitirmi? Mənbələr bildirir ki, Kərəm Həsənovun dövlət əmlakına aid olan avtomobilləri, binaları,torpaq sahələrini, böyük zavod və fabrikləri və hətta helikopterləri çox ucuz olaraq hərraca çıxarması və öz adamlarına (öncədən razılaşdırılmış şəkildə) satması faktları ciddi müzakirə mövzusudur. Heç bir məmuru saymayan, heç bir naziri eşitməyən K.Həsənov dövlət əmlakını öz bildiyi kimi satır və ya özəlləşdirirdi. Yığılan milyonlar isə ortada yoxa çıxırmış. Bu faktlar hazırda ciddi araşdılrılır və Həsənovun külli miqdarda borcu olduğu bildirilir.
Bir sözlə, K.Həsənova göstərilən etimad özünü doğrultmayıb. Odur ki, əvvəl səlahiyyətləri əlindən alınır, daha sonra isə vəzifəsi ilə vidalaşacaq. Yaxın aylarda Əmlak Məsələləri Dövlət Komitəsinə aid daha bir neçə səlahiyyətlərin alınması gözlənilir. Hətta Komitənin publik-hüquqi şəxsə çevrilməsi də müzakirə mövzusudur.
Bir sözlə, Kərəm Həsənov Eldar Mahmudov qalmaqalında özünü hansısa yollarla sığortalaya bildisə, bu dəfə onun qurtulması çox çətin məsələdir. Dövlətın çətin durumunda məhz dövlət əmlakını mənimsəmə, israf etmə kimi hallar bağışlanılmır və Həsənovun da bağışlanması inanılmaz görünür…///bizimxeber.az

AzerTaym.az






Fikirlər