Ərdoğan bolqar nazirə SİQARETİ tərgitdirdi

Ərdoğan bolqar nazirə siqareti tərgitdirdi

NATO sammiti çərçivəsində Polşanın paytaxtı Varşavada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolqarıstan Xarici İşlər naziri Daniel Mitovu siqaret çəkərkən yaxalayıb.

 Axar.az xəbər verir ki, Ərdoğan Mitovdan siqareti atmasını xahiş edib.
 Bolqar nazir öz növbəsndə siqaret qutusunu imzalayaraq Ərdoğana uzadıb və bir daha siqaret çəkməyəcəyi ilə bağlı ona söz verib.
 Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu da bu dialoqa şahidlik edib.






Fikirlər