11.04.2014. - Təkcə saunasında 20 tualeti olan nazir kim idi?

11.04.2014. -  Təkcə saunasında 20 tualeti olan nazir kim idi? Rusiya Jurnalistlər İttifaqının sədri Vsevolod Boqdanov Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyevlə görüşündən maraqlı epizod danışıb.

Virtualaz.org saytının xəbərinə görə, V.Boqdanov Tatarıstanda nəşr olunan “Kazanskie vedemosti” qəzetinə müsahibəsində vaxtilə Bakıda təşkil etdikləri KİV-lərin”Etimad formulu” adlı beynəlxalq konqresi zamanı Heydər Əliyevlə görüşdüklərini deyib (Boqdanovun təşkilatı bu forumu hazırda Tatarıstanda keçirir).

Vsevolod Boqdanovdan sitat: “Biz “Etimad formulu”nu həmişə elə yerlərdə müzakirə edirik ki, hakimiyyət orada cəmiyyətdə həyat quruculuğuna ciddi yanaşır. Vaxtilə biz Jurnalistlər İttifaqında çox narahat idik ki, Xəzər regionu Yuqoslaviyanın taleyini yaşaya bilər. Və “Etimad formulu”nu müzakirə etmək üçün Bakıya yollandıq. Onda öz xalqını sevən və Azərbaycanın gələcəyinin necə olacağı ilə bağlı çox həyəcan keçirən prezident Heydər Əliyev sağ idi.

11.04.2014. -  Təkcə saunasında 20 tualeti olan nazir kim idi?

O, bizim jurnalist desantını qəbul edəndə jurnalist qızlardan biri Əliyevdən soruşdu: “Siz mütərəqqi rəhbərsiniz və bu, bizdə simpatiya doğurur. Ancaq bunu necə izah edə bilərsiniz ki, sizdə bir qrup adam dəbdəbə içində yaşayır, ancaq əksəriyyət elementar güzərana, dolanışığa malik deyil?”

Məsələ onda idi ki, bu görüş ərəfəsində nazirlərdən biri jurnalistləri evinə dəvət etmişdi. Onlar nazirin evində gördüklərinə sadəcə olaraq heyran qalmışdılar. Evin təkcə saunasında, çarhovuzunda 20 tualet var idi!

Əliyev belə cavab verdi: “Mən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olanda bizdə hamı işləyirdi və pulsuz mənzil alırdı. Ancaq xalq daha belə yaşamaq istəmədi və biz başqa cür yaşamağa məcbur olduq. Bəs biz necə yaşayaq? Biz bu haqda həmişə düşünürük”.

O vaxt “Etimad formulu” konqresi Bakıda çox uğurla keçdi”.

Qeyd edək ki, söhbət hələ Azərbaycana neft pullarının axmağa başlamasından əvvəlki illərdən - nazirlərin hələ “kasıb yaşadığı” vaxtdan gedir və o vaxtkı nazirlərdən birinin evinin təkcə saunasında 20 tualetin olması rusiyalı jurnalistləri şoka salmışdı. İndi nazirlərimiz daha da varlanıblar və yəqin ki, Boqdanov və həmkarları onların indiki evlərini görsə...

11.04.2014. -  Təkcə saunasında 20 tualeti olan nazir kim idi?

Xatırladaq ki, belə əhvalat məşhur fransız aktyor Jerar Depardyenin də başına gəlib. O, Azərbaycanın ən “kasıb” məmurlarından olan mədəniyyət və turzim naziri Əbülfəs Qarayevin Bakı ətrafındakı evini görəndə “ağzının açıq qaldığını” demişdi.






Fikirlər