Cavid Qurbanovun adından bir qrup kəlbəcərli ailəsinə bayram təbriki- FOTO

Qurban bayramı münasibətilə Azərbaycan Dəmir Yolları QSC-nin sədri, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Cavid Qurbanovun tapşırığına əsasən Kəlbəcər rayonundan olan məcburi köçkünlərin Bakı şəhərində məskunlaşan bir qrupu ilə görüş keçirilib. 

AzerTaym.az  xəbər verir ki, görüşdə ziyalılar, ağsaqqallar, aztəminatlı ailələr və şəhid ailələri iştirak edib.
Tədbirdə çıxış edən Həbib Misirov öncə tədbir iştirakçılarını millət vəkili Cavid Qurbanovun müqəddəs Qurban bayramı münasibətilə təbrikini catdırıb və bildirib ki, məcburi köçkünlərə olan dövlət qayğısı bu gün də ən yüksək səviyyədə həyata keçirilməkdədir. Ulu öndərin siyasi varisi olan Cənab Prezident İlham Əliyevin məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması, onların rahat həyatının təmin olunması üçün görülən işlər göz qabağındadır. Bu gün sizlər üçün görülən hər bir iş birbaşa Cənab Prezidentin tövsiyə və tapşırıqlarının icrasının nəticəsidir.
H.Misirov qeyd edib ki, bu əziz bayram günü həm də ölkəmizdə 26 sentyabrda keçiriləcək Referendum ərəfəsinə düşür. Aparılan təbliğat işində hər bir kəlbəcərli də yaxından iştirak etməkdədir. Kəlbəcərlilər daima dövlətin, dövlətçiliyin və Prezidentimizin yanındadır. İnanırıq ki bu ümumxalq səsverməsində də kəlbəcərlilər aktiv iştirak edəcək və Prezident İlham Əliyevin referendum təşəbbüsünə HƏ deyəcək.
Tədbirdə çıxış edən kəlbəcərlilər dövlətin onlara qayğı və diqqətindən razılıqlarını ifadə etdilər və 26 sentyabrda Prezidentin təşəbbüsünü dəstəkləyəcəklərini bildirdilər.
Tədbirin sonunda millət vəkili Cavid Qurbanovun adından aztəminatlı ailələrə, şəhid ailələrinə Qurban bayramı münasibətilə Qurban payları paylandı.






Fikirlər