Millət vəkili Cavid Qurbanov himn yazdı

Millət vəkili Cavid Qurbanov himn yazdıBirinci ol, qalib ol – Azəryol... Azəryol!”

“Azəryol” voleybol klubunun bazasında 2014-2015-ci il mövsümünün açılış mərasimi keçirilib.

Millət vəkili,"AzərYolservis" ASC-nin sədri Cavid Qurbanovun rəhbəlik etdiyi klubun tədbirində “Azəryol”un öz talismanı
- “Yola” təqdim olunub.
Mərasimdə “Azəryol”un şərəfini qoruyacaq oyunçular təqdim edilib. Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti, əməkdar məşqçi Faiq Qarayev çıxış edərək Cavid Qurbanova təşəkkür edib, həm öz adından, həm də Azərbaycan Voleybol Federasiyasının prezidenti Ziya Məmmədovun adından “Azəryol”a yeni mövsümdə uğurlar arzulayıb.


Klubun prezidenti Cavid Qurbanov çıxışında qeyd edib ki, bu gün ölkəmizdə idmana və idmançilara prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğı göz qabağındadır. Mərasimdə “Azəryol” voleybol klubunun himni təqdim edilib.Himnin sözlərinin müəllifi C. Qurbanova, musiqisi Eldar Mansurova məxsusdur.

***

Uzağı yaxın edər

Rəvandır yollarımız.

Sahillər birləşdirən

Körpülər qollarımız.

Qələbəyə aparar

Vətən övladlarımız.

Şan-şöhrətli ölkəmə

Bəlli uğurlarımız,

Birinci ol, qalib ol –

Azəryol... Azəryol!

***

Bayrağını sancdığın

Bu zirvələr sənindir.

Qazandığın qələbə,

Hər uğur vətənindir –

Yurdumun torpağında

Kök atıb bitənindir.



Azərbaycan adıyla

Sən həmişə qalib ol –

Azəryol... Azəryol!


Millət vəkili Cavid Qurbanov himn yazdı
Millət vəkili Cavid Qurbanov himn yazdı






Fikirlər