Zahid Orucla Oqtay Əsədov arasında növbəti gərginlik - “Sizə irad tutan oldu?”

Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında növbəti gərginlik yaşanıb.

 Buna səbəb Z.Orucun ümumi müzakirələrdə çıxış üçün yazılmaq istəməsi olub. O. Əsədov isə ona irad tutaraq "deputatlar çıxışlara öncədən yazılıblar, siz hövsələsizlik edirsiniz” deyib.

Buna baxmayaraq müzakirələrdə Z.Oruca söz verilib.

Zahid Oruc çıxışı zamanı ABŞ-da keçirilən seçkilərə toxunub. O bildirib ki, Donald Trampın prezident seçilməsi İŞİD-i qoruyan qüvvələrin məğlub olması deməkdir: "Bir millət vəkili bununla bağlı fikrini bildirməlidir. Buna hüququmuz çatır”.

Oqtay Əsədov isə Z.Oruca "sizə irad tutan oldu?” deyə sual verib: "Özünüz danışırsız, kimsə nəsə demədi axı”






Fikirlər