Teleradio Şurası ATV-ni günahlandırdı – “İndiki kanalda buna şərait yaradılmaz”

vuqar-qaradagli-2

Milli Televiziya və Radio Şurası (MTRŞ) Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” verilişi ilə sosial şəbəkələrdə yayılan kadrlara münasibət bildirib.

Şuranın şöbə müdiri Təvəkkül Dadaşov “Report”a bildirib ki, “Meydan TV” 2014-cü ildə olub-bitmiş kadrarxası məsələləri gündəmə gətirib: “Bəzi jurnalist dostlarımız da bu barədə bizdən açıqlama istəyir. Mən də deyirəm ki, nə cavab verə bilərəm? Axı, həmin kadrlar efirə getməyib. Biz efirdə getməyən materiala necə qarışaq? Digər tərəfdən, həmin faktlar ortaya çıxanda telekanal öz tədbirini gördüyünü bildirmişdi. Əminəm ki, layihənin indiki davamında əvvələr baş verdiyi deyilən neqativ hallara yol verilmir və verilməz də. Çünki orada buna şərait yaradılmaz”.

 






Fikirlər