MTRŞ-dən açıqlama- “Space”də toyxana verlişləri daha çoxdur

mtr-mikayln-veriliini-mdafi-etdi_1

Milli Televiziya və Radio Şurası (MTRŞ) “Space” telekanalında yayımlanan “Bu maraqlıdır” verilişində baş verənlərə münasibət bildirib.

 AzerTaym.az APA-ya istinadən xəbər verir ki, bunu MTRŞ-nın ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O, “Bu maraqlıdır” verilişində hər hansı qanun pozuntusu olmasa da, verilişdə baş verənlər efirin toyxanaya çevrilməsi tendensiyasının davam etdiyini göstərir: “Bu tipli verilişlər xüsusilə “Space”də çoxdur. Hər dəfə bu mövzuda irad bildirəndə, yayımçılar, o cümlədən “Space”, reytinqi bəhanə gətirir. Teleradio məkanımızda bu mövsüm ciddi reytinq yarışı hiss olunur. Bunun da fəsadları göz önündədir”.
Qeyd edək ki, “Space” telekanalının efirində yayımlanan “Bu maraqlıdır” verilişində toy səhnəciyi qurulub, aparıcı tamaşaçılarla birlikdə ayaqyalın rəqs edib.

 






Fikirlər