MTRŞ-dan ANS-lə bağlı yeni AÇIQLAMA

MTRŞ-dan ANS-lə bağlı yeni

“ANS-in Milli Televiziya və Radio Şurasına müəyyən qədər borcu qalıb”. Bunu SİA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib. 

O bildirib ki, borcla bağlı Şura öz işi görüb, qalan işlər hüquqi müstəvidə həll olunmalıdır: “İcraçılar Borcla bağlı işləri görəcəklər”. 

MTRŞ sədri Space radiokampaniyasının bir gün fəaliyyətini dayandırmasının səbəbini də açıqlayıb: "Space radiokampaniyasının ötən gün fəaliyyət göstərməməsi Teleradio İstehsalat Birliyinə borcu ilə əlaqədar olub”. Radionun artıq fəaliyyətə başladığını qeyd edən N. 

Məhərrəmli deyib ki, bu, Teleradio İstehsalat Birliyi ilə “Space” radiokampaniyası arasında olan texniki məsələdir.






Fikirlər