“Space” radiosu bağlandı

“Space” Müstəqil Televiziya və Radio Şirkətinin 104 FM radiosunun fəaliyyəti dayandırılıb.

Bu barədə APA-ya Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, bu addım radionun borcu olduğuna görə atılıb.

Bildirilib ki, bu, profilaktik tədbirdir, yayım bərpa edilə bilər: “Bizdə hazırda radionun fəaliyyətinin dayandırılması haqda qərar yoxdur”.

Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov  bildirib ki, yayımın dayandırılması profilaktik tədbirlə bağlıdır və axşam saatlarında yayım bərpa olunacaq.






Fikirlər