Melaniya Tramp oğlu ilə Ağ Evə köçməkdən imtina etdi

“Melaniya Tramp oğlu ilə Ağ Evə köçməkdən imtina etdi

ABŞ-ın 45-ci prezidenti Donald Tramp 2017-ci il yanvarın 20-də baş tutacaq inaqurasiya mərasimindən sonra ənənəyə uyğun olaraq Ağ Evə köçməlidir.

Qafqazinfo”nun “Spletnik.ru”ya istinadən verdiyi məlumata görə, yeni prezidentin həyat yoldaşı Melaniya Tramp və oğlu Berron isə onu bu səfərdə müşayiət etməyəcək. Belə ki, onlar inaqurasiyadan sonra da Nyu-Yorkdakı villasında qalmağı planlaşdırırlar.

ABŞ-ın birinci xanımının bu qərarı 10 yaşlı oğlunu depressiyaya salmaq və onun rahatlığını pozmaq istəmədiyinə görə verdiyi bildirilir.

Bundan əlavə, Donald Trampın ailəsinin təhlükəsizliyi üçün mühafizəçilərin sayını əvvəlkindən də bir neçə dəfə artıracağı iddia olunur.

Fikirlər