Özəl xəstəxanalarda ƏDV azaldılsın - TƏKLİF

“Bu gün ölkədən xaricə gedən ən böyük valyuta hissəsinin kanallarından biri də səhiyyə sahəsidir. Bütün ölkələrdə təhsillə səhiyyə arasında 2 qat qiymət fərqi möcvuddur. Amma bizdə isə bu sahədə tamamilə tərs mütənasiblik və proporsiya var”

AzerTaym.az-ın xəbərinə görə, bunu Milli Məclisdə 2017-ci il dövlət büdcə layihəsinin müzakirəsi zamanı ürək-damar cərrahı, deputat Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, icbari tibbi sığortanın tətbiq olunduğu ölkələrdə səhiyyə sahəsinə ayrılan pula görə xarici yatırımların miqdarı hər il artır.

“Xahiş edirəm ki, gələn il bunu nəzərə alasınız. Elə edək ki, Azərbaycandan xəstələr xaricə çox da getməsin və kapital da ölkədən çıxmasın”.

Rəşad Mahmudov səhiyyə sahəsində, əsasən özəl tibb müəssisələrində olan Əlavə Dəyər Vergisinin (ƏDV) yüngülləşdirilməsini də təklif edib:

“ƏDV-nin yüksəkliyi xəstə insanlar üçün problemlər yaradır. ƏDV-ni 18 dən 8-ə endirilməsi əslində xsətələrdən gələn gəlirləri və büdcə daxilomalarını artıracaq. Vergi yükü azalsa xəstələrin də ödəmə qabiliyyəti yüksələr”.

 

 






Fikirlər