Yolka bəzəmək neçəyə başa gələcək? - VİDEO

Картинки по запросу анимация gif с новым годом

Yeni ilin gəlişinə az qalıb. Buna görə də yeni il şənliklərinin simvolu sayılan yolkalara və bəzək əşyalarına tələbat artıb. Əməkdaşlarımız qiymətlərlə maraqlanıblar.

Paytaxtın küçə və prospektlərindəki mağazaları yeni il rəmzləri bəzəyir.

Qiymətləri isə də görünüşləri kimi müxtəlifdir.

Elə şaxta baba oyuncaqları qədər xoruz oyuncaqlarına tələb böyükdür. 2017-ci ilin xoruz ili olması səbəbindən bu oyuncaqların da qiymətləri ilə maraqlandıq. Belə oyuncaqların qiyməti isə 3 manatdan başlayır.

Yeni ilin əsas simvolu olan yolkaların çeşidi isə lap çoxdur.

Məsələn bəzi yolkaların qiyməti nə az, nə çox düz 800 manatdır. Qiymətin belə baha olmasına səbəb onun original və bəzəklərinin üzərində satışa çıxarılmasıdır. Amma bununla yanaşı mağazada hündürlüy 15 metr qiyməti isə 4-5 min arasında dəyişən yolkalarda var.

Yolka alarkən çox soruşulan suallardan biri keyfiyyət ilə bağlı olur. Bunu bilmək üçün sadə bir metoddan istifadə kifayət edir.

Yolka bəzəklərinin qiymətləri isə 50 qəpikdən başlayır.

Gördüyünüz kimi, qiymətlər və çeşidlər müxtəlifdir. Yolkaları necə bəzəyəcayiniz isə sizin istəyiniz zövqünüz və təbii ki cibinizdən asılıdır.(xezerxeber)

 AzerTaym.az






Fikirlər