Abbas Abbasov Xəzərin o biri tərəfinə köç edir

Abbas Abbasov Xəzərin o biri tərəfinə köç edir

Siyasətdən zərərli çıxan sabiq məmur biznesdə qazanmaq istəyir; Sabiq vitse-primyer Mahaçqala limanın alınması ilə bağlı danışıqlarda əsas fiqurlardan biri kimi iştirak edir; əsasən Türkiyədə yaşayan A.Abbasovu Dağıstana aparan səbəblər... 

 

Rusiyanın Xəzərdəki əsas ticarət limanı olan Mahaçqala limanının səhmlərini almağa İran əsas namizəddir. Virtualaz.org xəbər verir ki, bu barədə Dağıstan rəhbəri Ramazan Abdulatipov bildirib. Bununla Dağıstan rəhbəri bildirir ki, limanın səhmlərini almaq uğrunda Çin, Türkiyə, Azərbaycan və Vyetnamdan olan investorlar da mübarizə aparır.
Dağıstan rəhbəri Ramazan Abdulatipov bildirib ki, danışıqlar bütün potensial investorlarla aparılır, ancaq iranlılar əsas müştəridir. “İranlılar limanın səhmlərini almağa hazır olduqlarını elan ediblər, ancaq biz Vyetnam, Türkiyə, Çin və Azərbaycandan olan investorlarla da danışıqlar aparırırq”-Ramazan Abdulatipov “Sputnik”ə bildirib.
Mahaçqala limanı sistemli şəkildə neft oğurluğuna görə tanınır. Liman formal olaraq dövlət mülkiyyətində olsa da Dağıstandakı nüfuzlu kriminal klanların nəzarətindədir və oradan oğurluq neft kustar neftayırma zavodlarına ötürülür. Limanın bu ilin sonuna qədər özəlləşdirməyə çıxarılacağı gözlənilirdi. Limanın özəlləşdirməyə çıxarılacağı açıqlanan kimi onu almağa əsas iddiaçının Rusiya Federasiya Şurasının Dağıstandan olan üzvü, milyarder Süleyman Kərimov olduğu açıqlanıb.
 
Image result for Abbas Abbasov
Məsələ burasındadır ki, Süleyman Kərimovun Kiprdə qeydiyyatdan keçmiş “Arolia” offşor şirkəti limanın “Sberbank”a olan kredit borcunu alıb. Söhbət təxminən yarım milyard  rublluq borcdan gedir. Limanın özəlləşdirməyə çıxarılacağı məlum olan kimi  “Arolia Holding” Dağıstanın Arbitraj Məhkəməsində  “Mahaçqala dəniz təcarət limanı” dövlət idarəsinə qarşı 678 milyon rubl məbləğində iddia qaldırıb. Şirkət ya borcun faizləri ilə birlikdə ödənilməsini, ya limanın müflis elan edilməsini istəyir. Əgər iddia təmin olunsa Mahaçqala limanı müflis olacaq. Kərimov isə müflis olmuş limanı qəpik-quruşa ələ keçirəcək.
Habelə məlum olub ki, Mahaçqala limanını almağa Türkiyənin liman operatoru “Yılport Holding” maraq göstərir. Holdinqin adından Dağıstan rəhbərliyi ilə danışıqları aparan isə Telman İsmayılovdur. Bildirilirdi ki, Türkiyədə yaşayan T.İsmaylovun bu holdinqlə bağlılığı var və o, Dağıstan rəhbəri Ramazan Abdulatipovla yaxın münasibətlərindən istifadə edərək bu gəlirli obyekti ələ almağa çalışır. Çox güman ki, Ramazan Abdulatipov limanın səhmlərini almağa maraq göstərən Türkiyə investorları barədə danışarkən “Yılport Holding”i nəzərdə tutub. 
Image result for “Yılport Holding”
“Yeni Müsavat”ın məlumatına  görə, Mahaçqala limanının alınması ilə bağlı danışıqlarda əsas  fiqurlardan biri də Azərbaycan baş nazirinin sabiq birinci müavini olmuş Abbas Abbasovdur, o da bu prosesdə fəal iştirak edir.  
Mənbə deyib ki, siyasətdən getdiyini bəyan edən A.Abbasov son aylar əsasən Türkiyədə-övladlarının yanında  yaşayır.  Amma biznesmen kimi fəaliyyətini daha da genişləndirməyi düşünən sabiq vitse-primyer tez-tez Dağıstan prezidentinin qonağı da olur.
R.Abdulatipovun bir neçə ay əvvəl Abbas Abbasovun qardaşı, Beynəlxalq Bank işinə görə həbs edilən Nadir Abbasovun azadlığa buraxılmasında da rolu olduğu  deyilir.
Image result for Mahaçqala Dağıstan
A.Abbasovun  Dağıstana Türkiyə investisiyasının yatırılması prosesinə hələ bir neçə il əvvəldən maraq göstərdiyi məlumdur.  Hələ bir neçə il əvvəl də İstanbulda, daha sonra isə Mahaçqalada iri türk şirkətləri ilə aparılan danışıqlarda  A.Abbasovun Dağıstan prezidentinin yanında yer alması həm Rusiya, həm Azərbaycan mediasının diqqətini çəkmişdi.  Bildirilirdi ki, A.Abbasov danışıqlarda Türkiyə investorlarını Dağıstana tikinti, trikotaj sənayesi və qismən də olsa turizm sektoruna sərmayə yatırmağı planlaşdıran Türkiyə şirkətlərini  razı salmağa çalışırmış.  
 
Image result for Mahaçqala Dağıstan
“AST” Şirkətlər Qrupunda vitse-prezident olan Abbas Abbasovun (onun hələ də bu vəzifədə işlədiyi deyilir)  Telman İsmayılovla birgə  Mahaçqala limanının bir hissəsini almaları barədə məlumatlar hələ bir neçə il əvvəldən də var idi. Amma o vaxt başı yaratdığı  “Milyarderlər İttifaqı” adlı qurumda fəaliyyətə qarışmış  A.Abbasov bu planları gerçəkləşdirə bilmədi. Abdulatipovla yaxın dostluğu ( o da qurumda təmsil olunurdu)  heç kimə sirr olmasa da, onun yaratdığı qurumun fəaliyyətinin Azərbaycan hakimiyyətinə qarşı yönəlməsi  biznes planlarına ciddi zərbə oldu. A.Abbasovun Azərbaycana yolu birdəfəlik bağlandı, biznesi çökdürüldü, Gəncədən deputat olan oğlunun isə son parlament seçkilərində iştirakına imkan verilmədi.
A.Abbasovun Dağıstanda tikinti, restoran  və neft daşımaçılığı biznesi olması dəqiq məlumdur.  Belə görünür ki, Bakıya gəlmək qadağası olan sabiq vitse-primyer Xəzərin o tərəfində biznesini genişləndirməklə vətən həsrətinin acısını çıxarmaq istəyir...






Fikirlər