Səudiyyə Ərəbistanı Ərdoğanı xəyanətdə ittham EDİR

Картинки по запросу Səudiyyə Ərəbistan Ərdoğanı     

Səudiyyə Ərəbistanının Ankaradakı səfiri Adil bin Serraç Merdad BBC Ərəbə Türkiyəyə dair sərt bəyanatlar verib.

Səfir Türkiyənin maraqları və daxili siyasi böhranlarından qaçmaq üçün Rusiya və İsrailə yaxınlaşdığını bildirib.

Merdad Səudiyyə Ərəbistanın  Ərdoğanı prezident məqamına gəlməsi üçün dəstəklədiyini, çevrilişdən dərhal sonra da Səudiyyə Ərəbistanın Türkiyə və seçilmiş hökuməti ilk dəstəkləyən ölkələr sırasında olduğunu, dəstəyinin bu günə qədər də davam etdiyini ifadə edib.
 Səfir Türkiyənin 6 il əvvəl Suriyadakı xalq çevrilişini silahlı müxalifətə çevirdiyini və Suriya prezidentinə qarşı müxalif qruplara qucaq açdığını, habelə Ərdoğanın hər dəfə "Əsəd getməlidir" prinsipini Suriyadakı böhranın həllinin yeganə yolu olaraq elan etdiyini dilə gətirib.
 Səfir başda Ərdoğan olmaqla Türkiyə hökumətinin bir vaxtlar "qırmızı xətt" olaraq qəbul etdiyi Əsədin getməsi prinsipindən son zamanlar geri çəkildiyini deyib. Türkiyənin Suriyadakı bu mövqe dəyişikliyinin Osmanlı dövründən bu yana Türklərin maraqları dəyişəndə Ərəb dövlətlərinə qarşı xəyanətinin bir başqa modeli olduğunu irəli sürdü.
Səfir Merdad Türkiyənin Suriyada son zamanlardakı nailiyyətlərə arxa çevirdiyini və Suriyanı viranə halda tərk etdiyini, Suriyadakı mülki itkilərdən, evsiz qalan milyonlardan və qaçqınlardan Türkiyənin cavabdeh olduğunu bildirib.

 






Fikirlər