YAP-dan Jirinovskinin sərsəm iddialarına sərt reaksiya: "Azərbaycanın hər bir vətəndaşı canından keçər, AMMA..."

Картинки по запросу Jirinovski: BAKIDA

Rusiyanın Liberal-Demokrat Partiyasının lideri, qalmaqallı siyasətçi Vladimir Jirinovskinin Azərbaycanla bağlı səsləndirdiyi növbəti fikirlər etirazla qarşılanıb.

Partiya lideri keçmiş SSRİ respublikalarının birləşdirilməsindən danışarkən, SSRİ sərhədlərinin bərpa ediləcəyi halda, Qarabağ probleminin də "öz-özünə həll olunacağını” deyib.

"Budur, Qarabağ. Onlar heç vaxt bu məsələni həll edə bilməyəcəklər. Ermənistanla Azərbaycan arasında daim müharibə olacaq. Ancaq biz onların hamısını götürəndə nə Qarabağ olacaq, nə Azərbaycan. Olacaq Bakı quberniyası, İrəvan quberniyası, Tiflis quberniyası, Kutaisi quberniyası, çarın vaxtındakı kimi”, - Jirinovski bildirib.

Mia.az xəbər verir ki, YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Modern.az-a açıqlamasında rusiyalı siyasətçinin səsləndiyi fikirləri təhlükəli adlandırıb:

"Jirinovskinin fikirləri çox təhlükəlidir. O,  müstəqillik qazanmış dövlətlərin müstəqilliyini əlindən almış kimi provakasiyalı fikir səsləndirir. Görünür, Rusiyanın müəyyən dairələrində vaxtaşırı köhnə Çar imperiyasını bərpa etmək fikirləri, düşüncələri dolaşır. Amma, Jirinovski və onun təmsilçiləri bilməlidirilər ki, indi 21-ci əsrdir. 

Bu gün dünyanın sabitliyini saxlayan əsas prinsip sərhədlərin toxunulmazlığı prinsipidir. Məhz, bu prinsipə görə bu gün sülhü təmin etmək və dövlətlər arasında xoş münasibətlər yaratmaq mümkündür”.

Deputatın sözlərinə görə, hazırkı reallıqda Ermənistanın Azərbaycan ərazisinin bir hissəsini işğal edərək özünə birləşdirmək cəhdi Cənubi Qafqaza  çox böyük problem yaradır:

"Jirinovskinin fikirləri Azərbaycan cəmiyyətində etiraz doğurur. Təsəvvür edin: Jirinovskinin fikirləri tətbiq olunarsa, dünya yenidən orta əsrlərə qayıda bilər. Həmçinin, Azərbaycan müstəqilliyini ona görə qazanmayıb ki,  sonradan onu əldən versin. Azərbaycanın hər bir vətəndaşı canından keçər, amma torpağının başqa bir dövlətin ərazisinə birləşdirilməsi işinə imkan verməz. Azərbaycan öz müstəqilliyini təsdiq edərək müstəqillik yolunda böyük uğurlar qazanıb. Müstəqil Azərbaycan dövlətinin olması həm də bütün Cənubi Qafqazın stabilliyini, eləcə də, Cənubi Qafqazla bağlı bir çox uğurlu layihələrin təminatı deməkdir”

Rusiya siyasətçisinin bu cür fikirləri təkbaşına  səsləndirməməsinə gəlincə, YAP rəsmisi bunu söyləməyin çətin olduğunu deyib:

"Ortada fakt odur ki, Jirinovski bu fikirləri səsləndirib. Hesab edirik ki, Jirinovskinin bu fikirləri Rusiya hakim dairələrinin və ictimaiyyətinin fikirləri deyil. Rusiyanın demokratik qüvvələri heç vaxt bu yöndə fikirlərini ifadə etməyiblər. Həmçinin, Jirinovskinin fikirlərini müdafiə etmirlər. Hətta, çox kiçik bir dəstə müdafiə etsə belə, buna biganə qalmaq olmaz.

Bu, eyni zamanda Azərbaycan ictimai fikrini yoxlamaq cəhdi də ola bilər. Çox şadam ki, Azərbaycan mətbuatı bu məsələdə hamıya yaxşı nümunə oldu. Məsələni gündəmdə saxladı. Məsələ ilə bağlı cəmiyyətin tanınmış insanlarının fikirlərini öyrəndi. Jirinovski kimilər bilməlidir ki, Azərbaycanın müstəqilliyi, ulu öndər Heydər Əliyevin  dediyi kimi,  "əbədidir dönməzdir”. Heç zaman da başqa dövlətin bir hissəsinə çevrilməyəcək”.

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi