Ramil Usubov istefaya göndərilən generalı - DİN-ə QAYTARDI

Ötən həftə yaş senzi ilə bağlı vəzifəsindən azad edilən və pensiyaya göndərilən polis general-mayoru, DİN-in Baş istintaq idarəsinin rəisi Sərvər Mehrəliyevə yenidən vəzifə verilib.
AzerTaymaz Virtualaz.org-a istinadən xəbər verir ki, general Mehrəliyev bu dəfə Daxili işlər naziri Ramil Usubovun müşaviri təyin olunub.
Qeyd edək ki, DİN rəhbəri Sərvər Mehrəliyevin yerinə İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, polkovnik Emil Usubovu təyin edib.
 
  

 






Fikirlər