Əliyevdən Ərdoğana - Təbrik ZƏNGİ

“Əliyevdən Ərdoğana - Təbrik zəngi

Fevralın 26-da Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Prezidenti Rəcəb Tayyib Ərdogana telefonla zəng edib.

"AzerTaym.az"xəbər verir ki, dövlət başçısı Prezident Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib, qardaş Türkiyə xalqının firavanlığı naminə ali dövləti fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dövlət başçıları yaxın gələcəkdə görüş haqqında razılaşıblar.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə ediblər.

 






Fikirlər