29.05.2014.- Gül və Ərdoğan İlham Əliyevi təbrik etdi

29.05.2014.- Gül və Ərdoğan İlham Əliyevi təbrik etdiTürkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan Respublika Günü münasibətilə prezident İlham Əliyevi təbrik ediblər.
Abdulla Gül təbrik məktubunda qədim tarixi və qardaşlıq əlaqələrindən güc alan Türkiyə-Azərbaycan münasibətlərinin “Bir millət, iki dövlət” şüarı əsasında müştərək səylərlə daha da güclənərək yüksək səviyyəyə çatdırılacağına inamının qəti olduğunu qeyd edib.

“Əməkdaşlığımız örnək bir həmrəylik içində qardaş xalqlarımızın rifahına, bölgəmizin sülh və sabitliyinə töhfə verməkdə davam edəcəkdir.

Bu əlamətdar bayram münasibətlə Zati-aliləri əziz qardaşımın cansağlığı, xoşbəxtliyi, dost və qardaş Azərbaycan xalqının firavanlığı və rifahı üçün ən xoş diləklərimi bir daha ifadə edirəm”,
deyə”, deyə Türkiyə prezidenti Abdulla Gül təbrik məktubunda bildirib.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunda isə bildirilir: “Dost və qardaş Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə millətim, hökumətim adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gündə Azərbaycan xalqının haqlı iftixarını və sevincini ürəkdən paylaşırıq.
Türkiyə və Azərbaycan gücünü ortaq tarix, dil, inanc və mədəniyyət birliyindən alan sıx əlaqələrlə bir-birinə bağlanmış, keçmişdə olduğu kimi bu gün də eyni taleyi bölüşən iki ölkədir.
Azərbaycan bölgədə ən önəmli strateji ortağımızdır və qardaş ölkənin uğurları ilə qürur duyuruq. Əminəm ki, Türkiyə ilə Azərbaycanın münasibətlərini həm ikitərəfli, həm də regional məsələlərdə qarşılıqlı fayda və həmrəylik əsasında daha da inkişaf etdirəcəyik. Əməkdaşlığımızı uğurla davam etdirmək yolundakı iradəmiz qətidir.
Bu əlamətdar bayram münasibətilə Sizə cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah arzulayıram”.






Fikirlər