Gülər Əhmədova prezidentə məktub yazdı

Sabiq deputat, barəsində 3 il azadlıqdan məhrumetmə cəzası verilən Gülər Əhmədova həbsxanadan yeni müraciət yollayıb.
Gülər Əhmədova prezidentə məktub yazdı

Həmin müraciətdə G.Əhmədova dövlət başçısı İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. G.Əhmədova təbrik mətnində belə yazıb:
“Cənab prezident ad gününüzü təbrik edir Sizə can sağlığı, doğma Azərbaycanımızın daha da çiçəklənməsi, xalqın rifahının yüksəldilməsi yolunda yorulmaz fəaliyyətinizdə nailiyyətlər arzulayıram . Məhz Sizin rəhbərliyiniz altında bu gün Azərbaycan dünyada öz adından söz etdirməyə nail olub və uğurlarımız getdikcə artmaqdadır. Sizə səmimi qəlbdən yeni uğurlar, Azərbaycan xalqına Sizin rəhbərliyiniz altında parlaq gələcək arzulayıram”.

Sabiq deputat həmçinin qeyd edib ki, Azərbaycanın bugünkü inkişafında İ.Əliyevin çox böyük zəhməti var:
“Sizə uğurlar diləyir ailəniz, övladlarınız və nəvələriniz ilə birgə xoşbəxtlik arzu edirəm”.






Fikirlər