Duman, çiskin olacaq - HAVA PROQNOZU

Картинки по запросу Duman, çiskin olacaq   

Bakı və Abşeron yarımadasında martın 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "AzerTaym.az"-a verilən məlumata görə, havanın temperaturunun gecə 2-5° isti,  gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz  11-13° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  768 mm civə sütunundan  764  mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 %  təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.






Fikirlər