Azərbaycan Pakistandan düşməni məhv edəcək uzaqmənzilli RAKET ALIR

Azərbaycan Pakistandan düşməni məhv edəcək uzaqmənzilli raket alır

Pakistan Azərbaycana orta uzaqmənzilli raketlər verə bilər. Hansı ki, bu raketlər Rusiyanın Ermənistana verdiyi “İskəndər” raket komplekslərinə qarşı istifadə edilə bilər”.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Pavel Felqenqauer Azərbaycan-Pakistan hərbi əməkdaşlığına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Pakistan şəxsi raket sistemlərini istehsal edir.
“İstisna deyil ki, Azərbaycan və Pakistan bu raket sistemlərinin çatdırılması haqqında razılaşdı və bu raketlər “İskəndər”lərə qarşı istifadə olunacaq”, - deyə o bildirib.
P.Felqenqauer qeyd edib ki, Pakistan Azərbaycana silahı Rusiya və İsraildən daha ucuz qiymətə satacaq.
Qeyd edək ki, ötən il Rusiya Ermənistana “İskəndər” raket kompleksini verib. İrəvan rejimi bu silahlara istinadən, öz “hərbi qüdrətini” tez-tez dilə gətirir. Halbuki, bu raket kompleksinin, əslində, Gümrüdəki rus hərbi bazasına məxsus olduğu haqda informasiyalar var.






Fikirlər