12.08.2014- “ Dağıdıcı raketlər işə düşə bilər...”

12.08.2014- “ Dağıdıcı raketlər işə düşə bilər...”Qarabağ münaqişəsi zonasında günlərlə davam edən şiddətli döyüşlərdən sonra Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçidə ötən bazar günü baş tutmuş danışıqları Qərb mediasında müzakirə olunur.

Xəbər verilir ki, nüfuzlu “Bloomberg” agentliyinin analitikləri bu görüşü təşkil etməklə Rusiya prezidenti Vladimir Putinin Ukraynada dərinləşməkdə olan böhran fonunda sülhməramlı rol oynamağa cəhd edib.

Agentlik Qarabağ üzrə nüfuzlu Qərb ekspertlərinin fikirlərini də təqdim edir.

ABŞ-ın Karnegi Fondunun proqram direktoru Tomas de Vaal deyib ki, Qarabağda müharibə istənilən halda heç kimə gərək deyil.

“Rusiyanın yeni münaqişənin başlamasını əngəlləmək üçün güclü stimulu var. Çünki bu münaqişə onun cənub sərhədlərində ciddi qeyri-sabitlik yaradar. Həmçinin Rusiyanın Ermənistanı müdafiə etmək üçün hərbi öhdəlikləri də var. Bu isə o deməkdir ki, müharibə başlasa, Rusiya Azərbaycanla diqqətlə işlənilmiş münasibətlərini məhv edə bilər” - deyə Tomas de Vaal bildirib.

ABŞ-ın Bakıdakı keçmiş səfiri Metyu Brayza isə hesab edir ki, Rusiyanı Ukrayna böhranındakı rolu Putinin keçmiş Sovet İttifaqı ərazisində öz hakimiyyətini təsdiqlmək səylərini mürəkkəbləşdirir.

12.08.2014- “ Dağıdıcı raketlər işə düşə bilər...”

“Nə qədər ki Putin Ukraynada kursunu dəyişməyib, onun Cənubi Qafqazda hərbi gərginliyin azaldılmasına dair səylərinə etimad olmayacaq” - deyə Brayza bildirib.

Cənubi Qafqaz üzrə analitik Lourents Şits isə deyib ki, Qarabağda son toqquşmalar misli görünməmiş idi. Müharibə təhdidi öz pik nöqtəsinə çatmışdı.

Ekspertin qənaətinə görə, münaqişənin istənilən sonrakı eskalasiyası Gürcüstan kimi qonşu ölkələrə təsir edəcək, eyni zamanda Rusiya, Türkiyə və ola bilsin İranın da münaqişəyə cəlb olunması riskini yaradacaq.

“Ukraynadan tutmuş İraqa qədər dünyada baş alıb gedən çaxnaşmalara baxmayaraq təəssüf ki, bir çoxları Azərbaycanla Ermənistan arasında gərginliyin artmasına ciddi baxmır. Bu - müharibədir. Biz hazırda tərəflərdən istənilən birinin olduqca dağıdıcı, mürəkkəb raket sistemlərindən istifadəyə al atmasından cəmi bir neçə addım məsafədəyik. Hansı ki, tərəflər kütləvi tələfat və dağıntı törədən belə raket sistemləri əldə ediblər” - deyə Lourents Şits bildirib.

12.08.2014- “ Dağıdıcı raketlər işə düşə bilər...”

Qeyd edək ki, Soçi danışıqlarında hər hansı irəliləyişin əldə olunduğu barədə məlumat yoxdur. Həmçinin Ermənistan prezidenti Serj Sərkisyan Soçidən İrəvana qayıdan kimi telekamera qarşısına keçib və Azərbaycana qarşı təhdidedici bəyanatlar səsləndirib.

Rəsmi Bakı ona dərhal eyni üslubda cavab verib. Bununla belə bu gün hər iki tərəf bildirir ki, təmas xəttində iyulun sonlarından başlayaraq artan gərginlik xeyli səngiyib və atəşkəsin pozulması halları kəskin azalıb. Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin ötən gecə erməni mövqelərinə tərəf “cəmi 100-ə yaxın nizamsız atəş açıldığını” bildirir.


Azərbaycan Müdafiə Nazirliyi də təmas xəttində atışmaların azaldığını təsdiq edir.






Fikirlər