Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycana GƏLİB

Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Bülent Bostanoğlu aprelin 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzerTaym.az-a verilən məlumata görə, səfər çərçivəsində admiralın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.
B. Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri Komandanlığı, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı da nəzərdə tutulub.
Səfər aprelin 14-dək davam edəcək.






Fikirlər