Səudiyyə kralı yeni varisinin adını AÇIQLADI

Səudiyyə Ərəbistanı kralı yeni varisini elan edib.

 Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni varis ölkənin müdafiə naziri və kralın kiçik oğlu 31 yaşlı Məhəmməd ben Salman olacaq.

 Məlumata görə, yeni varisin namizədliyini təsdiqləmək üçün şuranın iclası keçirilib və 43 nəfərdən 31-i yeni namizədin lehinə səs verib.

 Bundan əvvəl. Taxtın rəsmi varisi sayılan Məhəmməd ben Naif isə həm də daxili işlər naziri postundan azad olunub.

 






Fikirlər