Səudiyyə Ərəbistanı və Qətər çevrilişə dəstək verib? – Türkiyədən rəsmi AÇIQLAMA

Türkiyə Sudiyyə Ərəbistanı və Qətərin dövlət çevrilişində maraqlı olması iddialarına münasibət bildirib.

 Modern.az saytının məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Tanju Bilgiç açıqlama verib.

 O deyib ki, Səudiyə Ərəbistanı ilə Qətərin Türkiyədə hərbi çevrilişə cəhddə iştirak etmələri barədə iddiaları təkzib edirlər.

 “Əksinə, istər Səudiyyə Ərəbistanı, istərsə də, Qətər 15 iyuldakı hərbi çevrilişə cəhdlə bağlı öz qəti mövqelərini sərgilədilər. Qətər əmiri Şeyx Tamim bin Hamad al-Tani və Səudiyyə Ərəbistanı kralı Əbdüləziz Əl Səud prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışıblar. Onlar öz dəstəklərini və həmrəyliklərini ifadə ediblər”,-deyə XİN rəsmisi bildirib.

 Qeyd edək ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif parlamentin qapalı iclasında Səudiyyə Ərəbistanı və Qətərin Türkiyədə dövlət çevrilişinə dəstək verdiklərini bəyan edib.

O bildirib ki, məhz bu iki ölkə Türkiyədəki hərbi çevrilişin uğurla nəticələnməsini istəyiblər.






Fikirlər