YARIM ƏSİRLİK münaqişə: İRAN-SƏUDİYYƏ münasibətləri – TARİXÇƏ

 

 

 

İran meylli şiə axundu, şeyx Nimrlə birlikdə 47 nəfərin Səudiyyə Ərəbistanında edam edilməsi İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətləri xeyli gərginləşdirib. Mövcud münasibətlərin müharibə ilə nəticələnəcəyi ilə bağlı da fikirlər səslənməkdədir.

 


Lakin tarixə qısaca nəzər salsaq, görərik ki, sözü gedən dövlətlər arasında olan gərginlik əvvəllər də müşahidə olunub.

Ümumi olaraq nəzər yetirsək, İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin 1979-cu il İslam inqilabından bu günə kimi elə də müsbət xarakter daşımadığının şahidi olarıq.

İki dövlət arasındakı gərgin münasibətləri illər üzrə aşağıdakı kimi sıralaya bilərik:

1987-ci il: Səudiyyə hüquq-mühafizə orqanlarının İranpərəst nümayişçilərə müdaxiləsi nəticəsində 300-ü iranlı olmaqla 400 nəfər öldü. Nəticədə, Tehranda Səudiyyə Ərəbistanı səfirliyi dağıdıldı.

1988-ci il: Səudiyyə Ərəbistanı İranla diplomatik münasibətləri kəsdiyini bəyan etdi. Əlaqələr 1991-ci ildə normallaşdı. 

2003-cü il: ABŞ İraqı işğal etdikdən sonra hakimiyyəti şiələrə verdi. Bu isə Ər-Riyadın narahatlığına səbəb oldu. Nəticədə, iki dövlət arasındakı münasibətlər gərginləşməyə doğru getdi.

2007-ci il: İranın İraqda artan nüfuzu və Körfəzdəki şiələrin siyasi iddialar qaldırması bölgədə gərginliyi daha da artırdı. 

2011-ci il: Səudiyyə Ərəbistanı “Ərəb baharı” zamanı Bəhreyndə İranın dəstək verdiyi şiə hərəkatını yatırdı. 

2011-2015-ci illər: Suriyada vətəndaş müharibəsi davam edərkən İran və “Hezbullah” Əsədə, Səudiyyə Ərəbistanı isə müxalifətə dəstək verdi. İran və “Hezbullah” bəzi hallarda Əsədə hərbi yardım etməkdən belə çəkinmirdi.

2015-ci il mart: Səudiyyə Ərəbistanı Yəməndə İranın yaxından dəstək verdiyi husilərə qarşı hərbi əməliyyatlara başladı.

2015-ci il iyul: İranla “altılıq” ölkələri arasında razılaşmanın baş tutması körfəz ölkələrinin, o cümlədən, Səudiyyə Ərəbistanının ciddi narazılığına səbəb oldu.

2015-ci il sentyabr: Minada yaşanan izdiham nəticəsində yüzlərlə iranlı həyatını itirdi. İran hakimiyyəti Səudiyyə Ərəbistanını real rəqəmləri gizlətməkdə günahlandırdı.

2016 yanvar: Məlum hadisələr.....






Fikirlər