Keçmiş şahzadə sarayda məhkum edildi - QALMAQAL

Səudiyyə Ərəbistanı Krallığı keçmiş vəliəhd şahzadəsi və sabiq daxili işlər naziri Məhəmməd bin Nayifin saraydan çıxması qadağan olunub.

Bu haqda "Nyu York Tayms” qəzeti yazıb.

Nəşr qeyd edir ki, bu qadağa ilə onun kral Salman bin Əbdüləziz Əl Səudun 31 yaşlı oğlu Məhəmməd bin Salmana qarşı çıxmasına yol verməməkdir. Xarici mənbələr onların arasında böyük bir rəqabətin olduğunu bildirirlər.

Xatırladaq ki, ötən həftə Səudiyyə Ərəbistanı Krallığı vəliəhd şahzadə Məhəmməd bin Nayifin yerinə kral Salman bin Əbdüləziz Əl       Səudun 31 yaşlı oğlu Məhəmməd bin Salmanı təyin edib.

Məhəmməd bin Nayif həmçinin daxili işlər naziri vəzifəsindən də çıxarılıb. Beləliklə, ölkədə kralın varisi dəyişib. Onun kral Salmanın siyasətinə oğlunun böyük təsirinin olduğu bildirilir. Yeni vəliəhdin Yəmən müharibəsinin və Qətərə qarşı embarqonun memarlarından biri olduğu deyilir.

İqtisadi islahatçı olan Məhəmməd bin Salmanın BƏƏ-nin ABŞ-dakı səfiri ilə yaxın olduğu iddia edilir. Müdafiə Nazirliyinin başçısı olan kralın oğlu bundan sonra baş nazirin müavini vəzifəsini də icra edəcək./publika.az AzerTaym.az

 

 






Fikirlər